AUT.AZ

İki nəfər Mutunun ardınca “Neftçi”nin qaldığı otelə gəldi və… – VİDEO

Adrian Mutunun məşqçi bacarığının hansı sonluqla başa çatacağı sual doğursa da, “Neftçi”yə gəlişi böyük səs-küyə səbəb olub.

Futbolçu kimi Avropa futbolunda özünəməxsus iz qoymuş rumın çalışdırıcı Rusiyaya yollanıb yeni komandasına qoşulduğu gündən diqqət mərkəzindədir.

Şəkil çəkdirmək, imza almaq, onunla qısa ünsiyyət qurmaq istəyənlərin arzusu anlaşılandır.

“Neftçi” Moskvadakı otelə çatan kimi Mutu yenə ayaq saxlamaq məcburiyyətində qalıb. İtaliya futbolunun iki azarkeşi öncədən mehmanxanaya gələrək rumın mütəxəssisin yolunu gözləyib.

Adrian dəhlizə ayaq basan anda qarşısını kəsib, ona gəncliyinin şəkilləri dolu albomunu uzadıb, imza alıb, yekunda xatirə şəkilləri çəkdiriblər.

Adrian Mutu karyerasının böyük hissəsini İtaliyada keçirib. O, bu ölkədə “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena” kimi komandalarda 11 il keçirib.

 

Exit mobile version