AUT.AZ

Futboldan uzaqlaşdırıldı

“Marsel”in yarımmüdafiəçisi Pap Qeye  4 ay futbolsuz qalacaq.

Aut.az xəbər verir ki, UEFA İdman Arbitraj Məhkəməsi (CAS) futbolçunun vəkillərinin şikayətini rədd edib. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Futbolçu “Uotford”la bağlanmış müqaviləni pozduğuna görə cəzalandırılıb. Qeye “Marsel”ə keçmək üçün müqavilə şərtlərini pozub.

Proses davam edərkən, Qeye icarə əsasında “Sevilya”da oynamaq imkanı əldə edib (2023-cü ilin yanvarından iyun ayına qədər). Xorxe Sampaolinin rəhbərliyi altında 24 yaşlı yarımmüdafiəçi komandanın əsas oyunçusuna çevrilsə də, mövsümün sonunda Əndəlus klubu onu tam transfer etməyə cəsarət etməyib.

Exit mobile version