AUT.AZ

DÇ-də narazılıq: Təşkilatçılıq həvəskar səviyyədədir

Niderlandın qadınlardan ibarət yığması 2023-cü il dünya çempionatının təşkilatçılarını tənqid edib.

Aut.az xəbər verir ki, yığma Yeni Zelandiyadakı məşq şəraitinə görə hiddətlənib. Bu barədə “Reuters” məlumat yayıb.

“Çərşənbə günü bura gələndə düşündüm: “Bu nədir? Biz burada məşq etməyəcəyik”. Əvvəllər kriket sahəsi ilə bağlı narahatlığımızı bildirmişdik, bizə nəsə söz vermişdilər, indi isə çox məyus və qəzəbliyik. Şərait bizi qane etmir.

Biz burada Portuqaliya ilə yaxşı oyun, əla hazırlıq, yüksək səviyyəli turnir keçirmək istəyirik və özümüzü də yüksək səviyyəli komanda hesab edirik. Belə olmaz. Bu, həvəskar səviyyədir.

Diz və ya çiyninizlə bu qazonun üzərinə düşsəniz, problemlər yarana bilər. Çəmənlikdən belə bir sahəyə keçsəniz, onsuz da gərgin olan əzələlər və vətərlər üçün də zərərlidir. Bu sahədə bəzi məşqlər edə bilərik, amma 11 11-ə oynaya bilmərik”, – Niderland yığmasının baş məşqçisi Andris Yonker deyib.

Niderland Futbol Assosiasiyası (KNVB), oktyabr və fevral aylarında iki yoxlama səfəri etdikdən spnra FİFA-ya narahatlıqlarını ifadə etmişdi. Həmin vaxt FİFA bildirmişdi ki, mundiala qədər daha sərt kriket meydançası dəyişdiriləcək.

Exit mobile version