AUT.AZ

“Bavariya”da narazılıq: Ona olar, bizə yox?

“Bavariya”da Kayl Uokerin transferi ilə bağlı narazılıq yaranıb.  

Aut.az xəbər verir ki, bəzi oyunçular 33 yaşlı müdafiəçiyə daha bir il uzatma variantı ilə iki illik müqavilə təklif edilməsindən narazıdır. Bu barədə “Bild” məlumat yayıb.

Əvvəllər klub “30 yaşdan yuxarı futbolçularla – cəmi bir illik müqavilə” prinsipinə ciddi əməl edirdi. Məsələn, buna görə yarımmüdafiəçi Tomas Müller və qapıçı Manuel Noyerlə danışıqlar gərgin keçib.

Bəziləri ingilis üçün niyə istisna edildiyini başa düşə bilmirlər.

Uolker artıq “Mançester Siti”nin baş məşqçisinə Münhen klubuna keçmək niyyətini bildirib.

Exit mobile version