AUT.AZ

Qadınlar arasında DÇ: Avstraliyada rekord

Qadınlar arasında Dünya Kuboku çərçivəsində keçirilən Avstraliya və İrlandiya milli komandaları arasında görüş Avstraliyada qadın futbolu üçün rekord sayda tamaşaçı toplayıb.

Aut.az xəbər verir ki, qadınlar arasında dünya çempionatının rəsmi “Twitter” hesabından verilən məlumata görə, oyunu 75 784 tamaşaçı izləyib.

Qeyd edək ki, bu görüş qadın futbolu tarixində ən çox baxılan 10 qarşılaşma sırasına daxil olmaqla reytinqdə 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, bu gün, iyulun 20-də Avstraliya və Yeni Zelandiyada keçirilən qadınlar arasında dünya çempionatı start götürüb. Avstraliya millisi Stefani Katlinin penaltidən vurduğu qol sayəsində İrlandiya yığmasına qali gəlib.

Aut.az

 

Exit mobile version