AUT.AZ

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Aut.az xəbər verir ki,  “ağ-qaralar” bu raundda Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə üz-üzə gələcək.

Komanda I təsnifat mərhələsinin cavab görüşündə Belarus təmsilçisi “Minsk”i yenib – 2:1. Qarşılaşma UEFA-nın qərarına əsasən Bakıda “Azersun Arena”da gerçəkləşib. Tərəflər arasındakı ilk görüş heç-heçə yekunlaşmışdı – 2:2.

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsindəki ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə avqustun 3-də evdə keçirəcək.

Exit mobile version