AUT.AZ

“Bavariya” gürcüdən imtina etdi

“Valensiya”nın və Gürcüstanın yığmasının qapıçısı Georgi Mamardaşvili hazırkı transfer pəncərəsində “Bavariya”ya keçməyəcək.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq “Twitter”də yazıb.

Mənbənin sözlərinə görə, tərəflər bu yay keçidin həyata keçirilməsinin mümkün olmayacağı faktı ilə barışıblar.

Bildirilir ki, gürcü qolkiperin transferinin pozulmasında əsas amil “Bavariya”nın öz qapıçısı Yan Sommeri “İnter”ə buraxmamaq qərarı olub.

Ötən mövsüm 22 yaşlı Mamardaşvili “Valensiya”nın heyətində bütün yarışlarda 42 oyun keçirib, 49 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb.

Futbolçunun ispan klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 25 milyon avrodur.

Exit mobile version