AUT.AZ

Əfsanəvi müğənninin  oğlunu transfer etdilər

Avstriyanın “Tirol” klubu britaniyalı rok ulduzu Fil Kollinzin oğlu ilə müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, 18 yaşlı Metyu Kollinz “Genesis” qrupunun 72 yaşlı keçmiş üzvünün beş uşağından biridir.

Ötən mövsüm Metyu “Hannover”in gənclər komandasında (U19) çıxış etsə də, Almaniya klubu futbolçu ilə əməkdaşlığı yeniləməyib.

“Tirol”un  məşqçilər heyəti onu baxış zamanı bəyənərək komandaya dəvət ediblər. O, klubun əvəzedici komandasında çıxış edəcək. “Tirol II”-nin baş məşqçisi Manuel Lüdviqer Metyu Kollinzlə heç də PR-a görə deyil, sırf futbol bacarığına görə müqavilə bağladıqlarını iddia edir.

O əlavə edib ki, klub Metyunun əfsanəvi müğənninin oğlu olduğunu belə bilmirdi, bu məlumat sonradan üzə çıxıb.

Exit mobile version