Vəziyyət ağırdır: İstənilən futbolçunu satmağa hazırdırlar
Əgər alıcı parislilərin tələblərini ödəsə, PSJ yay transfer pəncərəsində istənilən futbolçunu satmağa hazırdır.
Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb. Bildirilir ki, bu oyunçulardan biri Marko Verratti ola bilər. Paris nəhəngi onu 80 milyon avroya “Atletiko”ya buraxmağa hazırdır. 30 yaşlı Verratti 2012-ci ilin yayından Fransa komandasında çıxış edir. Klubun heyətində 416 oyuna çıxan yarımmüdafiəçi 11 qol vurub və 61 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ilin yayında başa çatır.
Bildirilir ki, PSJ maliyyə hesabatında nizam yaratmaq üçün bir neçə futbolçunu satmalıdır. Ona görə də, istənilən futbolçu ilə bağlı təklif müzakirə olunacaq.
