AUT.AZ

“Qarabağ” “Linkoln”u darmadağın etdi

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Aut.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxıb.

Ağdam təmsilçisi Cəbəllüttariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirib və rəqibini darmadağın edib.

Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu

19 iyul

Qarabağ – Linkoln 4:0 
Qol
: Abdullah Zubir, 7. Bəhlul Mustafazadə, 45+1. Redon Cica, 49. M.Yankoviç, 62.
Baş hakim: Eldorjan Hamiti (Albaniya)
Bakı Olimpiya Stadionu

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 7. Yassin Benzya, 99. Redon Cica,
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 81. Kevin Medina, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Linkoln: 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 24. Con Sarcent, 6. Bernardo Lopes (k), 21. Nano, 88. Mandi, 20. Mustafa Yahaya, 66. İtan Britto, 10. Liam Uoker, 9. Kike Qomes, 7. Li Kasyaro.
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Ajayi, 11. Xuampe, 19. Xuan Penya, 29. Li Çipolina, 31. Conatan Şortino, 33. Djumaney Börnet, 77. Kayl Klinton.
Baş məşqçi: Xavi Munyos.

Exit mobile version