AUT.AZ

“Qəbələ” qalib gəldi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün 3-cü yoxlama oyununu keçirib.

Aut.az xəbər verir ki, bu, “qırmızı-qaralar”ın qardaş ölkədəki hazırlıq prosesində son sınağı olub. Toplanışın 9-cü günündə meydana çıxan Elmar Baxşıyevin yetirmələri Şimali Makedoniyanın “Qostivar” klubu ilə qarşılaşıb. Matç Azərbaycan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını Əyyub Allaş və Osama Xalayla (2) vurub.

Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” Moldova “Sukleya”sı (4:2) və Rusiya “Orenburq”u (1:1) ilə qarşılaşıb.

Yoxlama oyunu

19 iyul

“Qəbələ” – “Qostivar” (Şimali Makedoniya) 3:1
Bolu. “Termal otel”in məşq bazası

Exit mobile version