AUT.AZ

Niderlandlı yarımmüdafiəçi “Milan”da

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, A Seriyası təmsilçisi “AZ Alkmar”dan Ticani Reyndersi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Milan” 24 yaşlı yarımmüdafiəçi üçün Niderland klubuna 19 milyon avro ödəyib. Futbolçu yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb.

Qeyd edək ki, “AZ Alkmar” Ticani Reyndersi 2020-ci ilin yayında “Valveyk”dən transfer etmişdi. Niderlandlı orta xətt oyunçusu son mövsümdə komandanın heyətində meydana çıxdığı 54 rəsmi matçda 7 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version