AUT.AZ

“Ferntsvaroş” biabır oldu, macarlar qışqırdı: Ruslar, evə qayıdın

Macarıstan “Ferentsvaroş”unun azarkeşləri Çempionlar Liqasının I təsnifat mərhələsində Farer “Klaksvik”i ilə cavab oyununda komandanın baş məşqçisi Stanislav Çerçesovdan narazılıqlarını bildiriblər.

Aut.az xəbər verir ki, “Ferentsvaroş”  evdə “Klaksvik”ə sensasiyalı şəkildə 0:3 hesabı ilə uduzaraq ÇL-də mübarizəni dayandırıb.

Sportal.hu xəbər verir ki, qarşılaşma zamanı macar azarkeşlər “Auf Wiedersehen!” və Çerçesovun istefasına işarə edən “Ruslar, evə qayıdın” şüarı qışqırıblar.

Stanislav Çerçesov 2021-ci ilin dekabrından “Ferentsvaroş”a rəhbərlik edir: onun rəhbərliyi altında komanda iki dəfə Macarıstan çempionatının və bir dəfə Macarıstan kubokunun qalibi olub.

Aut.az 

Exit mobile version