AUT.AZ

Reanimasiyadan çıxdı

“Mançester Yunayted”in keçmiş qapıçısı Edvin Van der Sar reanimasiyadan çıxarılaraq ümumi palataya köçürülüb.

“İlk növbədə, gözəl mesajlara, dəstək sözlərinə görə hər kəsə təşəkkür etmək istəyirik. Artıq ICU-da olmadığımı elan etməkdən məmnunam.

Bununla belə, mən hələ də xəstəxanadayam. Ümid edirəm ki, gələn həftə evə qayıdacağam və sağalmağımda növbəti addımı atacağam!”, – deyə Van der Sar “tvitter” hesabında yazıb.

Qeyd edək ki, Van der Sar beyin qanaması keçirmişdi.

Aut.az

Exit mobile version