AUT.AZ

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

Aut.az xəbər verir ki, bu gün “Qarabağ”ın potensial rəqibləri olan “Flora” və “Rakuv” üz-üzə gəlib. Estoniyada baş tutan qarşılaşma Polşa klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyunda da rəqibini 1:0 hesabı ilə məğlub edən “Rakuv” iki görüşün nəticəsinə əsasən II təsnifat mərhələsinə vəsiqə qazanıb.

“Qarabağ” sabah “Linkoln” səddini keçəcəyi təqdirdə növbəti mərhələdə “Rakuv”la qarşılaşacaq.

Exit mobile version