AUT.AZ

“Neftçi” “Spartak”la memorandum imzaladı – DETALLAR

“Neftçi” iləə Moskva “Spartak”ı arasında idman sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Aut.az xəbər verir ki, bu barədə “Spartak”ın mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti iki illikdir.  Memorandum çərçivəsində klubların gənclərdən ibarət komandaları arasında oyunların təşkili, akademiya səviyyəsində sıx əməkdaşlığın qurulması, o cümlədən gənc futbolçuların ikitərəfli mübadiləsi proqramının yaradılması nəzərdə tutulub.

“Spartak” və “Neftçi” futbolçu hazırlığı, tibb, hazırlıq kursları, marketinq, azarkeşlərin matçlara cəlb edilməsi, idman hüquqşünaslığı, informasiya sahəsində iş, seçim və maliyyə sahələrində təcrübə mübadiləsi aparacaqlar.

Bakıda klubların yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulub.

Aut.az

Exit mobile version