AUT.AZ

“Neftçi” məğlub oldu

Yeni mövsümə hazırlıqlarını Rusiyada davam etdirən “Neftçi” bu gün yoldaşlıq oyununa çıxıb.

Aut.az xəbər verir ki, Adrian Mutunun rəhbərlik etdiyi kollektiv Moskvada “Spartak”la qarşılaşır. “Otkrıtiye Bank Arena”da baş tutan görüşə saat 21:00-da start verilib.

“Neftçi” bundan əvvəl Sankt-Peterburqda təşkil olunan “Matç TV” turnirində iştirak edib. “Ağ-qaralar” burada “Zenit”ə (1:3), “Srvena Zvezda”ya (0:4) və “Fənərbağça”ya (0:1) uduzub.

18 iyul

Yoldaşlıq oyunu

21:00 Spartak Moskva – Neftçi 2:0
Qollar: 
P.Melyoşin,34, K.Promes,37

Exit mobile version