AUT.AZ

“Herta”dan İstanbul klubuna

Türkiyənin “Başakşehir” klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, İstanbuıl təmsilçisi “Herta”dan Kriştof Pyonteki rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Başakşehir” Polşa milli komandasının üzvü ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, “Herta” Kriştof Pyonteki 2020-ci ilin yanvar ayında “Milan”dan transfer etmişdi. 28 yaşlı forvard son mövsümü icarə əsasında “Salernitana”da keçirib. O, A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version