“Beşiktaş” Moskvanın CSKA klubunun yarımmüdafiəçisi Bəxtiyar Zaynutdinovu almaqdan imtina edib.
Aut.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Sercan Dikmən məlumat verib.
“Beşiktaş” bu kitabı tamamilə bağladı, onlara artıq oyunçu lazım deyil. Danışıqlar tamamlandı. Zaynutdinov çox bahalı oldu”, – Sərcan “Sport Ekspress”ə deyib.
Bəxtiyar Zaynutdinovun CSKA ilə müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədədir. Transfermarkt portalı qazaxıstanlının dəyərini 6 milyon avro qiymətləndirir.
Aut.az