AUT.AZ

“Zirə”də portuqal qapıçı – FOTO

“Zirə” heyətinə daha bir futbolçu cəlb edib.

Aut.az xəbər verir ki, qəsəbə təmsilçisi portuqal qapıçı Tiqao Silva ilə anlaşıb.

23 yaşlı qapıçının son klubu “Trofense” olub. Onun bu klubla müqaviləsi iyunun 30-da başa çatıb.

Silva “Zirə”yə azad agent kimi qoşulub. Tiqao vaxtilə Portuqaliyanın U-19 yığmasına da cəlb olunub.

“Transfermarkt” onun bazar dəyərini 275 min avro qiymətləndirir.

Aut.az

 

Exit mobile version