AUT.AZ

Ukrayna FİFA və UEFA-dan tələb edir: Rusiyanı cəzalandırın

Ukrayna Futbol Federasiyası (UAF) Krım klublarının Rusiyada keçirilən turnirlərdə iştirakına görə RFU-nun cəzalandırılması tələbi ilə FİFA və UEFA-ya növbəti məktubla müraciət edib.

Aut.az xəbər verir ki, Yaltanın “Rubin” və “Sevastopol” klubları İkinci Liqa çempionatında iştirak etmək üçün Milli Futbol Liqasının (FNL) sertifikatından keçib. İyulun 16-da hər iki klub turnirdə debüt edib.

“Biz belə hərəkətləri FİFA və UEFA-nın nizamnamələrinin və UEFA-nın Krım futbolunun xüsusi statusu ilə bağlı qərarının kobud şəkildə pozulması kimi qiymətləndiririk. Yuxarıda göstərilənləri nəzərə alaraq, UAF yenidən FİFA və UEFA-ya müraciət edərək, RFU-nun FİFA və UEFA-nın üzvlüyündən xaric edilməsinin mümkünlüyünə baxılması xahişi ilə müraciət edir. Onların qərarları Avropa və qlobal futbol ailəsinin dəyərlərinə ziddir”, – UAF-ın məktubunda deyilir.

Qeyd edək ki, UAF daha əvvəl də FİFA və UEFA-ya RFU-nun cəzalandırılması çağırışı ilə müraciət etmişdi. Lakin bu çağırış nəticəsiz qalmışdı. UEFA Krım klublarının RFU-nun keçirdiyi turnirlərdə iştirakına qadağanın qaldığını vurğulayıb.

Aut.az

Exit mobile version