AUT.AZ

Onu aldı, dünyanın ən dəyərli klubu oldu

“Arsenal” dayaq yarımmüdafiəçisi Deklan Raysın transferindən sonra dünyanın ən bahalı heyətə malik klubu olub.

Aut.az xəbər verir ki, London klubu 24 yaşlı futbolçunu 105 milyon funta (Transfermarkt-a görə 116,6 milyon avro) alıb. Bundan sonra “topçular”ın oyunçularının ümumi dəyəri 1,21 milyard avro təşkil edib.

İkinci yerdə “Mançester Siti” (1,19 milyard avro), üçüncü yerdə PSJ (1,03 milyard avro) qərarlaşıb. İlk beşlikdə  “Real” (991 milyon) və “Bavariya” (894,5 milyon) da qərarlaşıb.

Aut.az

Exit mobile version