AUT.AZ

London klubu “Qalatasaray”a “yox” dedi

“Tottenhem”  “Spartak”ın Davinson Sançesi transfer etmək üçün 10 milyon avroluq təklifini rədd edib.

Aut.az xəbər verir ki, bu barədə kolumbiyalı jurnalist Pipe Sierra “Twitter”də yazıb.

London klubu futbolçu üçün “qırmızı-ağlar”dan 1 milyon avro az təklif edən “Qalatasaray”a da “yox” cavabı verib.

Sançesə Moskva və İstanbul klublarından başqa daha bir neçə komanda maraq göstərir. Amma onlardan heç bir rəsmi təklif gəlməyib.

Aut.az

Exit mobile version