AUT.AZ

Bu iki məşqçi “Qarabağ”dan ayrıldı

Aftandil Hacıyevin “Qarabağ”ın futbol akademiyasına koordinator təyin edilməsindən sonra bir neçə məşqçi komandadan ayrılıb.

Aut.az xəbər verir ki, akademiyanın qapıçılarla işləyən məşqçisi Davud Əsgərov və bir neçə yaş qrupunda çalışmış məşqçi

Çingiz Bədəlov “atlar”ın düşərgəsindən ayrılıblar. Onların öz ərizələri ilə işdən çıxdığı bildirilir.

Hər iki mütəxəssis İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbində çalışacaqlar.

Aut.az

Exit mobile version