AUT.AZ

Bioloji anası o müsahibədən sonra ağlayıb

İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Dele Allinin bioloji anası Denise Alli oğlunun “The Overlap” YouTube kanalına verdiyi emosional müsahibədən sonra ağladığını bildirib.

“Oğlumun uşaq ikən məruz qaldığı zorakılıqları necə təsvir etdiyini eşitdiyim vaxtdan ağlamağımı saxlaya bilmirdim. Artıq oğlumla ünsiyyət qurmadığım üçün nə qədər kədərləndiyimi sözlə ifadə edə bilmirəm. Ümid edirəm ki, onu yenidən görmək şansım olacaq”, – Denise Alli “The Mirror”a deyib.

Dele Alli keçən həftə “Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevilə emosional müsahibə verərək, 18 yaşından bəri bioloji anası ilə danışmdığını bildirib.

Müsahibəsində Alli uşaqlıq travmasından da danışaraq, altı yaşında anasının dostu tərəfindən təcavüzə məruz qaldığını və daha sonra valideynləri tərəfindən “intizamı öyrənmək” üçün Afrikaya göndərildiyini deyib.

O, 7 yaşında siqaret çəkdiyini, 8 yaşında narkotik satdığını da etiraf edib.

Exit mobile version