AUT.AZ

Ən çox ondan qorxurlar

Ağır çəkidə WBA, WBO, IBO və IBF versiyaları üzrə çempion Aleksandr Usik (20-0, 13 KO) rinqə çıxarkən yaşanan qorxu haqda danışıb.

Aut.az xəbər verir ki, Usik “boksda ən çox kimdən qorxurlar” sualına belə cavab verib:

“Etiraf edim ki, bu mənəm. Ən çox məndən qorxurlar. Amma mən rəqibləri qorxutmaq üçün xüsusi nəsə etmirəm.

Onları qətiyyən qorxutmağa ehtiyac yoxdur, çünki onlar özləri bunu edirlər.

Hər kəsin qorxusu var. Yalnız təkcə dəlinin qorxusu yoxdur. Rinqə girən hər iki boksçu qorxur, bu normaldır”, – Usik deyib.

Aut.az

Exit mobile version