AUT.AZ

“Turan Tovuz”un məşqçiləri Türkiyə klubunun akdemiyasında

Ankarada təlim-məşq toplanışında olan “Turan Tovuz”un futbol akademiyanın koordinatoru Rasim Əliyev və məşqçisi Seymur Tağıyev Türkiyəyə yollanıblar.

Aut.az xəbər verir ki, onlar əsas komandanın məşqlərində iştirak etməklə yanaşı, yeniliklərlə tanış olmaq və təcrübələrini artırmaq üçün Türkiyənin köklü klublarından olan “Gənclərbirliyi”nin futbol akademiyasında da təcrübə keçəcəklər.

Qeyd edək ki, iyulun 13-dən  Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışında olan “Turan Tovuz”un hazırlığı iyulun 28-nə qədər  davam edəcək.

Exit mobile version