AUT.AZ

“Real” Zidanla yeni müqavilə bağladı

Zinəddin Zidanın üçüncü oğlu olan yarımmüdafiəçi Teo Zidan “Real”la müqaviləsini uzadıb.

Aut.az “The Athletic”ə istinadən bildirir ki, 21 yaşlı fransalının əvvəlki müqaviləsi bu yay başa çatmışdı. Yeni müqavilə 30 iyun 2024-cü ilə qədər nəzərdə tutulub.

Teo Zidan 2002-ci ildə Marseldə anadan olub və 2010-cu ildə “Real” akademiyasına keçib. Madrid klubunun sabiq baş məşqçisinin oğlu dəfələrlə əsas komanda ilə məşqlərə cəlb olunub və ötən mövsüm Raulun rəhbərliyi altında  “Kastilya”da çıxış edib.

Teo Zidanın dörd oğlundan ən istedadlısı hesab olunur.

Aut.az

Exit mobile version