AUT.AZ

Razılıq verdi, İtaliyaya qayıdır

“Atletiko”nun hücumçusu Alvaro Morata “Roma”ya keçmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, romalılar hücumçuya illik 4,5 milyon avro maaşla 4 illik müqavilə təklif ediblər.

Futbolçu belə şərtlərlə razılaşıb. Bildirilir ki, yaxın vaxtlarda “Roma” təmsilçiləri “Atletiko” ilə əlaqə saxlayacaq və transfer üçün mümkün variantları müzakirə edəcəklər. Böyük ehtimalla, romalılar ispan hücumçunu 12 milyon avroya almaq öhdəliyi ilə icarəyə götürəcəklər.

Aut.az

Exit mobile version