AUT.AZ

Millimizin üzvü oynadı?

Cənubi Koreya çempionatında 23-cü turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi “Tejon Xana Sitizen” səfərdə “İnçeon”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 25 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.

23 turdan sonra 30 xal toplayan “Tejon Xana Sitizen” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Exit mobile version