AUT.AZ

Baş məşqçi ondan kapitan sarğısını aldı

Harri Maquayr artıq “Mançester Yunayted”in kapitanı olmadığını açıqlayıb.

Aut.az xəbər verir ki, ingilis futbolçunu “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq kapitanlıqdan məhrum edib. Bu barədə futbolçu özü məlumat verib..

“Məşqçi ilə bugünkü müzakirələrdən sonra o, mənə kapitanı dəyişdirdiyini bildirdi. O, qərarın səbəblərini açıqladı və şəxsən mən çox məyus olsam da, hər dəfə bu formanı geyinəndə hər şeyimi verməyə davam edəcəyəm.

Buna görə də, kapitan sarğısını taxarkən mənə göstərdikləri böyük dəstəyə görə “Mançester Yunayted” azarkeşlərinə böyük təşəkkürümü bildirmək istərdim. Üç il yarım əvvəl bu vəzifəyə gəldiyim gündən etibarən “Mançester Yunayted”in kapitanı olmaq mənim üçün böyük şərəfdir və karyeramın bu günə qədərki ən mühüm anlarından biridir”, – Harri bildirib.

Aut.az

Exit mobile version