AUT.AZ

17 milyon dolları qumarda uduzub

Avstraliyalı mühasib qumar asılılığını maliyyələşdirmək üçün 17 milyon dollar oğurlamaqda şübhəli bilinir.

Avstraliyanın Sidney şəhərində polis, araşdırma zamanı Karterin qumar oyunlarını maliyyələşdirmək üçün müştərilərdən pul oğurladığını aşkar etdikdən sonra onu həbs edib.

Hakim fırıldaqçının qaçmaq təhlükəsi olduğunu əsas gətirərək onun zaminə buraxılmasını rədd edib.

Bu, həm də onun xeyrinə ola bilər, çünki onun böyük mütəşəkkil cinayətkarlıq sindikatı ilə əlaqəsi olduğu iddia edilir.

Müxtəlif mediada yayılan məlumatlara görə, o, bir neçə il ərzində ən azı səkkiz müştərinin milyonlarla dollarını mənimsəyib.

Aut.az

 

Exit mobile version