AUT.AZ

Türkiyə klubundan iki yeni transfer

“Antalyaspor” növbəti transferlərini rəsmiləşdirib.

Aut.az xəbər verir ki, Super Liqa təmsilçisi Polşanın “Lexiya” (Qdansk) klubundan Yakub Kaluzinskini, “Sivasspor”dan Ərdoğan Yeşilyurtu transfer edib.

29 yaşlı Ərdoğanla 3, 20 yaşlı Yakubla 3+1 illik müqavilə imzalanıb.

Kaluzinski “Lexiya”nın öz yetirməsidir. Gənc yarımmüdafiəçi bu komandada 67 oyuna 3 qol vurub. O, Polşanın U-21 yığmasına da dəvət alır.

Ərdoğan Yeşilyurt isə 2018-ci ildən formasını geyindiyi “Sivasspor”da 168 oyunda 16 qol vurub.

Exit mobile version