AUT.AZ

Gürcüyə görə 95 milyon təklif edirlər

“Napoli”nin və Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya ilə “Nyukasl” maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə Səudiyyə mətbuatı yazıb. Bildirilir ki, İngiltərə komandası futbolçu üçün 95 milyon avro təklif edir.

“Napoli”nin bu təklifə reaksiyası haqda məlumat verilmir.

A Seriyasının son mövsümündə Kvaratsxeliya 33 matçda 12 qol vurub və 13 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version