AUT.AZ

Abdulkadir “Sivasspor”da

“Sivasspor” növbəti transferini rəsmiləşdirib.

Aut.az xəbər verir ki, Sivas klubu Super Liqanın digər təmsilçisi “Trabzonspor”dan yarımmüdafiəçi Abdulkadir Parmakı transfer edib.

28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Abdulkadir Parmak futbola “Trabzonspor”un aşağı yaş qrupları üzrə komandalarında başlayıb. O, bu klbun əsas komandasında 104 oyuna 9 qol vurub. Futbolçu karyerası ərzində “1461 Trabzon”, “Ümraniyəspor”, “Altınordu”, “Adana Dəmirspor”, “Kayserispor” kimi klubların formasını geyinib.

Exit mobile version