AUT.AZ

8-ci dəfə Superkubokun sahibi oldu

Rusiya Superkubokunun qalibi bəlli olub.

Aut.az xəbər verir ki, “Matç TV” turnirində “Neftçi”nin rəqibi olan “Zenit” bu titula yiyələnib. ÇSKA ilə qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçəylə başa çatdığından penalti seriyasında daha dəqiq oynayan “Zenit” Superkubokun sahibi olub.

Komanda bu titula 8-ci dəfədir (4 dəfə ardıcıl) yiyələnir.  Bununla da rekord müəyyənləşdirib. ÇSKA Superkuboka 7 dəfə sahib olub.

Exit mobile version