AUT.AZ

“Zirə” “Kəpəz”ə qalib gəldi

“Zirə” yay təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Aut.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu gün “Kəpəz”lə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, yeni mövsümə hazırlıq çərçivəsində “Zirə”nin ilk oyunu olub. “Kəpəz” isə bundan öncə “Səbail”lə qarşılaşıb və uduzub – 1:2.

Exit mobile version