AUT.AZ

Rəşad Sadıqov: “Futbolçular oyuna çox ciddi yanaşdılar”

“Sevindirici haldır ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, futbolçular matça çox ciddi yanaşdılar”.

Aut.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

41 yaşlı mütəxəssis nəticənin elə də önəm daşımadığını bildirib: “Əsas olan komandanın göstərdiyi futbol və meydandakı nizam-intizamdır. Futbolçuların məsuliyyətli olması bizi sevindirir. Komandamın çıxışından razı qaldım”.

Exit mobile version