AUT.AZ

Neftçi” qələbə ilə başladı

3×3 basketbol üzrə Azərbaycan millisi və “Neftçi” Dünya Qadın Seriyasının Kosovanın paytaxtı Priştinadakı mərhələsində mübarizəyə başlayıb.

Aut.az xəbər verir ki, B qrupunda ilk oyununu keçirən yığma ABŞ seçməsinə böyük hesabla uduzub – 3:22.

D qrupunda qərarlaşan “Neftçi” isə turnirə qələbə ilə start verib. Paytaxt klubu ilk görüşdə Niderlanda 11:6 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi qrupdakı növbəti oyununu Bakı vaxtı ilə saat 23:25-də Macarıstanın “Qyor” klubuna, “Neftçi” isə Bakı vaxtı ilə saat 00:45-də Kosova yığmasına qarşı keçirəcək.

Exit mobile version