AUT.AZ

Mirsahib pendir biznesi qurdu – VİDEO

Mövsümü başa çatandan sonra “Zirə”dən ayrılan Mirsahib Abbasov özünə pendir  biznesi qurub.

30 yaşlı hücumçu sosial şəbəkə hesabında reklam çarxı paylaşaraq insanlara səslənib.

“İ M cheese” şirkətinin təsisçisi olduğunu bəyan edən Abbasov, pendirin hazırlanması üçün südü Şamaxıdakı fermalardan aldıqlarını bildirib.

Peşəkar karyerasına “İnter”də (indiki “Şamaxı”) başlayan Mirsahib Abbasov növbəti illərdə “Səbail”lə “Zirə”nin şərəfini qoruyub.

O, Premyer Liqada 120 oyunda iştirak etməklə 11 qol vurub, “İnter”in heyətində iki dəfə gümüş medal qazanıb.

 

Exit mobile version