AUT.AZ

Dünya çempionu xəstəxanaya yerləşdirildi

Dünya çempionu, 1994-cü ildə FİFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilən, hazırda Rio-de-Janeyro ştatından Braziliyanın federal senatoru olan Romario cümə axşamı xəstəxanaya yerləşdirilib.

Aut.az xəbər verir ki, Romarionun mətbuat xidməti bildirib ki, sabiq futbolçu cümə axşamı axşam narahatlıq və ağrı şikayəti ilə Rio-de-Janeyrodakı Barra d’Or xəstəxanasına aparılıb və ona bağırsaq infeksiyası diaqnozu qoyulub.

57 yaşlı braziliyalının səhhəti stabildir, lakin Romarionun evə nə vaxt buraxılacağı ilə bağlı hələlik heç bir proqnoz yoxdur. Romario 2021-ci ildə öd kisəsindən əməliyyat olunub.

Aut.az

Exit mobile version