AUT.AZ

“Barsa” UEFA-dan şikayətçidir

“Barselona” hesab edir ki, UEFA onu haqsız yerə 500 min avro cərimələyib.

Aut.az xəbər verir ki, UEFA “Barsa”nı 2022-ci il üçün hesabatda yol verilən səhvlərə görə cərimə edib. Hesabatda qeyri-maddi aktivlərin satışından əldə edilən gəlir (oyunçu transferləri istisna olmaqla) haqda səhv məlumat verilmişdi ki, bu da qaydalara uyğun gəlir deyil.

“Mundo Deportivo” xəbər verir ki, klub rəhbərliyi bu qərardan UEFA-nın Apellyasiya Komitəsinə, lazım gələrsə, İdman Arbitraj Məhkəməsinə şikayət etmək niyyətindədir.

“Barsa” əmindir ki, onlara tətbiq edilən cəza pozuntunun şiddətinə uyğun gəlmir və La Liqanın bu cür əməliyyatları fərqli şərh etdiyi də qeyd edilir.

Aut.az

Exit mobile version