AUT.AZ

8 milyon verirlər, 15 milyon tələb edir

Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubu “Yuventus”un keçmiş yarımmüdafiəçisi Xuan Kuadradoya ciddi maraq göstərir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Canluko Di Martsio öz saytında yazıb.

Mənbənin məlumatına görə, Səudiyyə klubu kolumbiyalıya illik 8 milyon avro maaşla iki illik müqavilə təklif edib. Lakin 35 yaşlı oyunçu bu məbləğdən razı deyil, o, mövsümə ən azı 15 milyon avro istəyir. Tərəflər fəal danışıqları davam etdirirlər.

2022/2023 mövsümündə Kuadrado “Yuventus”un heyətində bütün yarışlarda 47 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Futbolçunun Turin klubu ilə müqaviləsi bu il iyunun sonunda başa çatıb. Tərəflər müqaviləni yeniləməyiblər. “Transfermarkt” internet portalına görə  futbolçunun təxmini dəyəri 4 milyon avrodur.

Aut.az

Exit mobile version