AUT.AZ

Musanın debütünə nə mane ola bilər?

“Yurqorden”in yeni transferi Musa Qurbanlının “Malmö” ilə çempionat oyununda debüt etməsi İsveç Miqrasiya İdarəsinin qərarından asılıdır.

Aut.az xəbər verir ki, bu barədə Stokholm təmsilçisinin idman direktoru Maqnus Andersson yerli mətbuata açıqlama verib.

Klub rəsmisi bildirib ki, onlar öz tərəflərindən bütün lazımi işləri görüblər: “Ümid edirik ki, sənədləri qaydasında olacaq və Musa həmin oyunda meydana çıxa biləcək”.

Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə bağlayıb.

Exit mobile version