AUT.AZ

Avropa çempionu yenidən Türkiyədə oynayacaq

Portuqaliya millisinin sabiq üzvü Nani karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Aut.az xəbər verir ki, yarımmüdafiəçi “Adana Dəmirspor”la anlaşıb. Təcrübəli futbolçu müqavilə imzalamaq üçün artıq Türkiyəyə yollanıb. Onun Adana klubunun baş məşqçisi Patrik Kluyvertin istəyi ilə transfer edildiyi bildirilir.

36 yaşlı futbolçu son olaraq Avstraliyanın “Melburn Viktori” klubunda oynayıb.2016-cı ildə Portuqaliya millisinin heyətində Avropa çempionu olmuş Nani karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Fənərbaxça”, “Valensiya”, “Latsio”, “Orlando Siti”, “Venetsiya” klublarında oynayıb.

Exit mobile version