AUT.AZ

“Adidas” “Roma”nın yeni formasında kobud səhvə yol verdi

“Roma”nın texniki sponsoru “Adidas” komandanın yeni formasını hazırlayarkən kobud səhvə yol verib.

Formaların üzərindəki rəqəmlərin fonu şəhərin 1676-cı ilə aid tarixi xəritəsi olan “Mappa del Falda”ya əsaslanıb. Bununla belə, diqqətli azarkeşlər fonda məşhur “Alamy” foto fondundan nişanlar görüblər. Aydın olub ki, qədim xəritənin şəkli ödənişsiz “Aləmy” kataloqundan götürülüb.

Media bildirir ki, həm “Roma”, həm də “Adidas” hazırda müəllif hüquqlarının pozulmasını göstərən problemi tez bir zamanda aradan qaldırmaq üçün çalışır.

Aut.az

Exit mobile version