AUT.AZ

Zaur İsmayılovla Alim Qurbanov “Araz Naxçıvan”da

Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Araz Naxçıvan”ın Zaur Axundovun kurasiyasına keçdiyi haqda məlumat vermişdik.

Aut.az xəbər verir ki, artıq Naxçıvan təmsilçisinin əvəzedici komandasına da baş məşqçi təyinatı gerçəkləşib. “Araz Naxçıvan”ın əvəzediciləri Zaur İsmayılova tapşırılıb. İsmayılov ötən mövsüm “Şamaxı-2”nin baş məşqçisi olub.

Zaur İsmayılovun köməkçisi də bəllidir. “Xəzər Lənkəran”ın sabiq futbolçusu, “Neftçi”də məşqçi kimi çalışan və bir müddət əvvəl oradan qovulan Alim Qurbanov Zaur İsmayılovun köməkçisi olacaq.

Onu da vurğulayaq ki, “Araz Naxçıvan”ın əvəzedici komandası da Bakıda məskunlaşacaq. Necə deyərlər, adı Naxçıvanın, dadı Bakının olacaq “Araz Naxçıvan”.

Aut.az

 

 

Exit mobile version