AUT.AZ

Zaur Axundov “Araz Naxçıvan”ın ardınca bu klubu da nəzarətə götürdü

Növbəti mövsümdən birinci divizionda çıxış edəcək “İrəvan”da ciddi dəyişiklik olub.

Aut.az xəbər verir ki, “İrəvan”a rəhbərlik Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan futbolunda “bəla” ləqəbi ilə tanınan Zaur Axundovun nəzarətinə keçib.

Axundov komandaya nəzarəti ələ keçirən kimi baş məşqçi Elbrus Abbasovu qovub. Onun yerinə isə Rüstəm Əliyev gətirilib.

Rüstəm Əliyevin son iş yeri “Keşlə 2” olub. Yəni bu adam Zaur Axundovun kadrıdır.

Rüstəm Əliyevin köməkçisi isə Ruslan Əmircanov təyin olunub.

Qeyd edək ki, Zaur Axundov bu gün “Araz Naxçıvan”ı da “işğal” edib, ora öz yaxın qohumlarını yerləşdirib.

Aut.az

Exit mobile version