AUT.AZ

Rövşən Nəcəfin “Neftçi”ni “narkoman”a tapşırmasının sirri:  ŞOK DETALLAR

“Neftçi”nin Adrian Mutunu baş məşqçi təyin etməsi cəmiyyətdə geniş müzakirə olunur.

Adrian Mutu istedadlı futbolçu olsa da, narkotikə qurşanmaqla istedadını da, karyerasını da məhv etdi. Onun məşqçi kimi də heç bir uğuru yoxdur.

Bəs niyə məhz o? Amma əvvəlcə onu yada salaq ki, Mutuya qədər “Neftçi” Sərgən Yalçınla danışıq aparırdı.

SOCAR prezidenti Rövşən Nəcəf onu xüsusi təyyarə ilə Bakıya gətirmiş, söhbətləşmiş, hətta ilkin razılıq da əldə etmişdilər.

Amma sonra “Fənər”dən gələn təklif Sərgəni məcbur etdi ki, SOCAR prezidentinə “atsın”.

Futbol oynadığı vaxt necə məsuliyyətsiz Sərgən idisə, indi də elədir.

Taleyin ironiyasından “Fənər” də “Sərgənə “atdı”. Amma Rövşən Nəcəf daha Türkiyəyə yox, Rumıniyaya üz tutdu. “Narkoman”la danışıqlar alındı.

İndi isə “Niyə Sərgən və Mutu?” sualına aydınlıq gətirək. Bu iki futbolçu demək olar ki, eyni nəslin oyunçularıdır.

Sərgənin karyerası 5-6 il tez başlayıb. Amma futbolda parlamaları eyni dövrə təsadüf edir.

Əldə  etdiyimiz məlumata görə, Rövşən Nəcəf bu iki futbolçunun pərəstişkarı olub.

Ona görə də, əlinə fürsət düşüncə, kumirlərini “Neftçi”yə gətirməyə cəhd göstərib. Yəni “Neftçi”nin baş məşqçisi peşəkar əsaslarla yox, sırf azarkeş istəyi nəticəsində seçilib.

Diqqətinizi cəlb etdisə, Rövşən Nəcəf həm Sərgən, həm də Mutu ilə danışıqlarda heç kimi yaxın buraxmadı. SOCAR prezidenti öz istəyini diktə etdi.

İndi “Neftçi” ilə bağlı bütün məsuliyyət məhz onun üzərindədir. Görək uğursuzluq olacağı təqdirdə, Rövşən Nəcəf bu məsuliyyəti üzərinə götürəcək, yoxsa xalqın, dövlətin pulunun israf edilməsinə görə başqalarını qurban verəcək?

Aut.az

Exit mobile version