AUT.AZ

Millət vəkilindən bölgə klubuna dəstək

Füzulidən olan millət vəkili, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramov “Füzuli” futbol komandasının baş məşqçisi Vasif İsmayılov və köməkçi məşqçi Xəqani Quliyevlə görüşüb.

Autl.az xəbər verir ki, görüşdə bu mövsüm yeni yaradılmış II Liqada mübarizə aparacaq “Füzuli” futbol komandasına dəstək ifadə olunub, komanda önündə qoyulan məqsədlər, mövcud problemlərin həll edilməsi və digər aktual məsələlər müzakirə edilib.

Millət vəkili rayon ictimaiyyətinin klubun problemlərinin həll olunması üçün səfərbər olması yolunda birgə işlər görüləcəyini bildirib.

Exit mobile version